Əfqanıstan seçki komissiyası seçkilərin təxirə düşməsi barədə xəbərdarlıq edib
Sen 16, 2018 16:08 Asia/Baku
-
Əfqanıstan seçki komissiyası seçkilərin təxirə düşməsi barədə xəbərdarlıq edib
Əfqanıstan seçki komissiyasının sədri bu ölkədə parlament seçkilərinə hazırlıq prossesinin ləngidilməsi barədə xəbərdarlıq edib.
İRİB-in verdiyi məlumata görə, Əbdül-Bədi Səyyad bu gün Kabildə mətbuat konfransında müxalifətin seçki komissiyasının bir neçə ofisini bağlaması barədə xəbərdarlıq edib və deyib: Onların bu hərəkətləri davam edərsə Əfqanıstanda parlament seçkiləri təyin edilmiş 20 oktyabr üçün keçirilə bilməyəcək .
Seçki komissiyasının sədri eyni zamanda deyib: Əfqanıstan hökuməti və təhlükəsilzik qüvvələri bu komissiyanın işçilərinin təhlükəsizliyini müxtəlif vilayətlərdə təmin edirlər .