Yəmən parlamentinin üzvləri BMT-nin baş katibinə məktub ünvanlayıblar
-
Yəmən parlamentinin üzvləri BMT-nin baş katibinə məktub ünvanlayıblar
Yəmən parlamentinin üzvləri BMT-nin baş katibi Antonio Qutereşə məktub göndərərək, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəməndə törətdiyi cinayətləri qınayıb və BMT-nin bu cinayətləri durdurmaq üçün dərhal ciddi addımlar atmasını istəyiblər.
Mehr informasiya agentliyinin bazar ertəsinə olan məlumatına görə, Yəmən parlamentinin üzvləri bu məktubda bildiriblər: Səudiyyə rejimi və müttəfiqlərinin Yəmənə qarşı cinayətlərinin davam etməsi bu təcavüzkar rejimin Yəməni işğal etmək kimi bir niyyətə malik olduğunu sübut edir.
Yəmənli millət vəkilləri Yəmənin hərtərəfli mühasirədə saxlanılmasını zalımcasına olan bir hərəkət adlandıraraq, Ərəbistanın Yəmənə qarşı mühasirəsinin dərhal dayandırılmasını, müharibə cinayətlərinə son qoyulmasını istəyiblər.
Yəmən parlamentinin üzvləri bu məktubda həmçinin ümidvarlıq ediblər ki, dünyanın azad vicdanları Yəməndə yaşanan faciə qarşısında oyansın.
Cümə axşamı günü də çoxlu sayda yəmənli BMT-nin Sənadakı ofisi önündə aksiya keçirərək, Yəmənin mühasirədə saxlanılmasına və Ərəbistanın Yəmənə humanitar yardımların çatdırılmasına mane olmasına etiraz ediblər.
Ərəbistan 2015-ci ilin martından Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb və bu ölkəni havadan, qurudan və dənizdən mühasirədə saxlayaraq, humanitar yardımların və ilkin ehtiyacların Yəmənə gətirilməsinə icazə vermir.
Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumları indiyə kimi on minlərlə insanın ölməsi və milyonlarla insanın didərgin düşməsinə, ölkənin bütün infrastrukturlarının dağıdılmasına və yolxucu xəstəliklərin yayılmasına səbəb olub.