Bəhreyn rejimi Hüseyn əzadarlığı mərasimində çıxış edən natiqi istintaqa cəlb etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323042-bəhreyn_rejimi_hüseyn_əzadarlığı_mərasimində_çıxış_edən_natiqi_istintaqa_cəlb_etdi
Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri Hüseyn əzadarlarına qarşı zorakılıqlarının davamında Hüseyn(ə) əzadarlığında çıxış edən ruhanilərdən birini istintaqa cəlb ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2018 07:49 Asia/Baku
  • Bəhreyn rejimi Hüseyn əzadarlığı mərasimində çıxış edən natiqi istintaqa cəlb etdi
    Bəhreyn rejimi Hüseyn əzadarlığı mərasimində çıxış edən natiqi istintaqa cəlb etdi

Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri Hüseyn əzadarlarına qarşı zorakılıqlarının davamında Hüseyn(ə) əzadarlığında çıxış edən ruhanilərdən birini istintaqa cəlb ediblər.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Bəhreynin təhlükəsizlik qüvvələri İmam Hüseyn(ə) əzadarlığında çıxış edən şeyx Yasin Əl-Cəmranı Həməd şəhər polis idarəsinə çağırtdırıb. 

Şənbə günü axşam minlərlə bəhreynli Həməd şəhərində məhərrəm ayı və İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü münasibətilə, şəhərin mərkəzi meydanında əzadarlıq ediblər. 

Bəhreyn mediaları bildirir: Ali-Xəlifə rejiminə bağlı muzdlular 11 sentyabrda Bilad Qədim qəsəbəsinə hücum edərək, Aşura və Hüseyn əzadarlığına aid atributları və matəm bayraqlarını qopardıblar. 

Bəhreynin təhlükəsizlik qüvvələri hər il Aşuraya məxsus simvollara hücum edərək, onları dağıdır və əzadarlıq mərasimlərində çıxış edən ruhaniləri həbs etməklə insanları qorxutmağa və Hüseyn əzadarlığının qarşısnı almağa çalışırlar. 

Bəhreyn 2011-ci il 14 fevral tarixindən Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Xalq Ali-Xəlifə rejiminin kənarlaşdırılması və ölkədə demokratik quruluşun formalaşmasını istəyir.