İsrail hərbçiləri Nablosa basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323047-İsrail_hərbçiləri_nablosa_basqın_ediblər
İsrailh ərbçilərinin İordan çayının qərb sahilində yerləşən Nablos şəhərinə hücum etməsi ilə fələstinli gənclərilə sionist işğalçılar arasında toqquşma baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2018 08:55 Asia/Baku
  • İsrail hərbçiləri Nablosa basqın ediblər
    İsrail hərbçiləri Nablosa basqın ediblər

İsrailh ərbçilərinin İordan çayının qərb sahilində yerləşən Nablos şəhərinə hücum etməsi ilə fələstinli gənclərilə sionist işğalçılar arasında toqquşma baş verib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, bazar günü Nablosda sionist rejim hərbçiləri ilə fələstinli gənclər arasında çıxan toqquşmada 8 fələstinli yaralanıb. 

Başqa bir məlumata görə, İsrail rejimi tərəfindən həbs edilən və hazırda həbsdə olan fransız aktivist Frank Romino  işğal altında olan Qüdsün şərqində yerləşən Xan Əl-Əhmər sakinlərini himayə məqsədilə aclıq aksiyasına başlayıb. 

Bu fransız aktivist Xan Əhmərdəki fələstinliləri himayə edərək, İsrail rejiminin Xan Əhmər məntəqəsinin dağıdılmasına və fələstinlilərin zorla oaradan köçürülməsinə dair qərarı ləğv edəcəyi zamana kimi aclıq aksiyasını davam etdirəcəyini bildirib. 

İsrail rejiminin Ali Məhkəməsi çərşənbə günü Xan Əhmər kəndinin dağıdılmasına dair etirazları rədd edərək, İsrail hərbçilərinə Xan Əhmər kəndini 7 gün ərzində dağıtmalarına dair göstəriş verib.