Səudiyyə koalisiyasının Əl-Hüdəydəyə qarşı hücumlarının yeni mərhələsinə start verilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323102-səudiyyə_koalisiyasının_Əl_hüdəydəyə_qarşı_hücumlarının_yeni_mərhələsinə_start_verilib
Təcavüzkar Səudiyyə koalisiyası dünən gecə Yəmənin qərbində Əl-Hüdeydə şəhərini işğal etmək üçün yeni əməliyyata başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2018 04:11 Asia/Baku
  • Səudiyyə koalisiyasının Əl-Hüdəydəyə qarşı hücumlarının yeni mərhələsinə start verilib
    Səudiyyə koalisiyasının Əl-Hüdəydəyə qarşı hücumlarının yeni mərhələsinə start verilib

Təcavüzkar Səudiyyə koalisiyası dünən gecə Yəmənin qərbində Əl-Hüdeydə şəhərini işğal etmək üçün yeni əməliyyata başlayıb.

İRİB-in verdiyi məlumata görə, Səudiyyə koalissiyasının Yəmənin qərbindəki komandanı Əli Əttənici bildirib ki, koalisiya qüvvələri Əl-Hüdeydə şəhər və limanını ələ keçirmək üçün yeni əməliyyatlara başlayıblar. 

Əttənici bildirib ki, bu əməliyyat bir neçə istiqamətdən başlanıb. 

Eyni zamanda təcavüzkar Səudiyyə təyyarələri dünən gecə Əl-Hüdeydəni dəfələrlə bombalayıblar. 

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri 13 iyunda Əl-Hüdeydəni işğal etmək üçün geniş hücumlara başladılar amma indiyədək buna nail ola bilməyiblər. 

Əl-Hüdeydə limanı Yəmənə humanitar yardımların çatdırılmasının ən əsas yoludur.