Sen 18, 2018 11:29 Asia/Baku
  • Sərhədsiz həkimlər xəbərdarlıq etdi
    Sərhədsiz həkimlər xəbərdarlıq etdi

Sərhədsiz həkimlər təşkilatı Yunanıstanın Moriya düşərgəsində miqrantların acınacaqlı durumu barədə xəbərdarlıq edərək bu ölkə hökumətini uşaqlar və daha zəifləri düşərgədən çıxarmağa çağırıb.

Röytersin verdiyi məlumata görə, sərhədsiz həkimlər təşkilatı Lesbos adasının Moriya düşərgəsində saxlanılan miqrantların fiziki və spixoloji durumu barədə xəbərdarlıq edərək bildirib ki, düşərgədə misli görünməmiş insani böhran baş verməkdədir, düşərgədə bir çox az yaşlı intihara cəhd göstərir. 

Moriyada saxlanılan 9 mindən çox  miqrant gəmi yüklərinin daşınması üçün istifadə olunan Kantaynerlərdə yaxud müvəqqəti çadırlarda səhiyyə baxımdan faciəli şəraitdə yaşayır. 

Miqrantların 25 faizi uşaqlardan ibarətdir və onlardan bəziləri artıq 6 aydır bu düşərgədə saxlanılır. 

BMT Ali Komisarlığı da öncə Yunanınstan dövlətini Egey adalarında saxlanılan miqrantların köçürülməsi prossesini sürətləndirməyə çağırmışdı. 

Moriya düşərgəsi son illərdə özlərini Avropaya çatdırmağa cəhd göstərən miqrantların ən əsas saxlanıldığı yerdir. 

Teqlər