Yəmənlilər bir neçə muzdlunu məhv ediblər
-
Yəmənlilər bir neçə muzdlunu məhv ediblər
Yəmən ordusu və xalq komitələrinin səudiyyəlilər və onların muzdlularına qarşı silsilə əməliyyatlarının davamında Nehimmdə bir neçə səudiyyə muzdlusu öldürülüb və yaralanıb.
Mehr xəbər agentliyi Əl-Məsirə telekanalına istinadla bildirir ki, Yəmən qüvvələrinin əməliyyatında Əccofdakı muzdlular da hədəfə alınıblar.
Yəmən mediyalarının bildirdiklərinə görə, Yəmən ordusu və xalq komitələri başqa bir əməliyyatda qərb sahilində də muzdluları məhv ediblər.
Digər tərəfdən Səudiyyə koalisiyasının hərbi təyyarələri Əl-Hüdeydə limanında Yəmən ordusuna məxsus bir kollecə hücum ediblər hələlik bu hücumun tələfatı və xəsarətləri barədə məlumat yoxdur.
Təcavüzkar Səudiyyə koalisiyası 13 iyundan Əl-Hüdəydə limanını ələ keçirmək istiqamətində geniş hücumlara başlayıb. Hüdəydə limanı Yəmənə humanitar yardımların köçürülməsinin əsas yoludur.