Ərəbistan 11 milyard dollar kredit alır
-
Ərəbistan 11 milyard dollar kredit alır
Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı ağır xərci olan müharibəsi davam etdikcə Səudiyyə Ərəbistanının krallıq fondu bu ölkənin borclarının ödənilməsi üçün 11 milyara dollarlıq kredit alındığını bildirib.
Frans Pressin verdiyi məlumata görə, ARAMCO neft şirkətinin səhimlərinin satışının təxirə salınmasının ardınca, Səudiyyə Ərəbistanınn krallıq fondu bir bəyanatda bildirib ki, 11 milyard dollarlıq beynəlxalq kreditin alınması borcların ödənilməsi üçün ilk addım olacaq.
Səudiyyə rejimi 22 avqustda bu ölkənin milli neft şirkəti ARAMCO-nun səhimlərinin birjada satışını dayandırdı.
Ərrəyad ARAMCO paylarını daxili və xarici bazarlarda ilkin təqdimini dayandırmaqdan əlavə bu layihənin maliyyə müşavirlərini də qovub.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün Yəmən müharibəsi ağır xərclərlə nəticələnib və ekspertlər yəmən müharibəsinin hər gün Səudiyyə Ərəbistanına 200 milyon dollara başa gəldiyini deyirlər.