Qəzzədə iki fələstinli yeniyetmə şəhid olub
-
Qəzzədə iki fələstinli yeniyetmə şəhid olub
Qəzzə zolağında iki fələstinli sionist hərbçilər tərəfindən gülələnərək şəhid edilib.
Fələstin xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Səhiyyə Nazirliyi bildirib ki, dünən sionist rejim hərbçilərinin Beyt Hanun keçidi yaxınlığında fələsitnlilərə atəş açmaları nəticəsində iki fələstinli yeniyetmə şəhid olub 15 nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qədrə öncə də iki fələstinlinin sionist rejimin hərbi təyyarələrinin Xan Yunusa hücumunda şəhid olduğunu bildirmişdi.
Bu məlumata görə, Qəzzədə minlərlə sakin bu gün qayıdış yürüşləri ali komitəsinin çağırışına cavabda Qəzzənin şimalında Beyt Hanun keçidinə toplaşıblar.
Qayıdış yürüşləri 30 martda torpaq günü ilə eyni zamanda başlayıb və bu yürüşlərdə indiyədək 180 fələstinli sionist rejim hərbçiləri tərəfindən şəhid edilib və 19 min fələstinli yaralanıb.