Suriya terrorçularının xəstəxanalarında İsrail dərmanları aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323201-suriya_terrorçularının_xəstəxanalarında_İsrail_dərmanları_aşkar_edilib
Suriya qüvvələri Cövlan bölgəsində terrorçu ünsürlərdən qalmış bir xəstəxanada sionist rejimin istehsalı olan dərmanlar aşkar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2018 15:16 Asia/Baku
  • Suriya terrorçularının xəstəxanalarında İsrail dərmanları aşkar edilib
    Suriya terrorçularının xəstəxanalarında İsrail dərmanları aşkar edilib

Suriya qüvvələri Cövlan bölgəsində terrorçu ünsürlərdən qalmış bir xəstəxanada sionist rejimin istehsalı olan dərmanlar aşkar edib.

Merh xəbər agentliyinin Rusiya Əl-Yəum telekanalına istinadən verdiyi məlumata görə, Suriya ordusu qüvvələri Əl-Qüneytərə vilayətində Cəbata Əl-Xəşəb, Qüneytərə, Təbəəssəxr və Qəsibə bölgələrinə daxil olduqdan sonra Əl-Bəriqə qəsəbəsində terrorçulara məxsus bir xəstəxana aşkar ediblər. 

Bu xəstəxanada sionist rejim, Fransa və Amerik istehsalı olan çoxlu miqdarda dərman, vaksin və müasir cərrahiyyə təchizatları aşkar ediblər. 

Bazar ertəsi günü də Suriya ordusu Düra vilayətində İŞİD terrorçularından azad edilmiş bölgələri təmizləyərkən sionist rejim və qərb dövlətlərinin istehsalı olan silah-sursat aşkar etmişdi. 

Son günlər Suriyanın cənubunda Amerika və sionist rejimin istehsalı olan silah və dərmanlarla dolu bir anbar terrorçuların nəzarətində olmuş ərazilərdə müəyyənləşdirildi.