Nəsrullah: İsrailin Suriyaya hücumları artıq dözülməzdir
Livan Hizbullahının baş katibi İsrailin Suriyaya hücumlarının artıq dözülməz olduğunu deyib.
Livan Hizbullahının baş katibi Həsən Nəsrullah Aşura axşamı münasibətilə etdiyi çıxışında deyib: Müqavimət cəbhəsi İsrailin Suriyaya olan ardıcıl hücumlarını önləmək üçün çıxış yolu tapmalıdır.
Həsən Nəsrullah əlavə edib: İsrailin Suriyaya olan hücumları Amerikan, İsrail, Səudiyyə planının uğursuz alınması ilə əlaqədardır. İsrail Suriyanın raket qüdrətinə yiyələnməsinə mane olmağa çalışır.
Livan Hizbullahının baş katibi daha sonra deyib: Suriya rəhbərliyinin Livan Hizbullahının qüvvələrinə ehtiyac duyduğu zamana kimi, bu qüvvələr Suriyada qalacaqlar.
Həsən Nəsrullah İŞİD terror qruplaşması haqda da deyib: Suriyanın şimal-şərqində İŞİD-in bəzi qalıqlarının uzun ömrlü olmasının səbəbi ABŞ-ın yardımlarıdır. İŞİD bu gün Əfqanıstan, Pakistan, Misir və Yəmənə köçürülür.
Livan Hizbullahının baş katibi həmçinin, bəzi ərəb ölkələrinin siyasətlərini tənqid edərək, deyib: Bəzi ərəb ölkələrində həqiqi başçı ABŞ-ın bu ölkədəki səfirləridir. Bəzi ərəb ölkələrində ABŞ-ın müdaxilələrinə etiraz edəcək cürət heç kimdə yoxdur.
Həsən Nəsrullah əlavə edib: Livan Hizbullahı ABŞ hökumətinə bir düşmən olaraq baxır. Amma, bəzi region ölkəsi ABŞ-a dost və müttəfiq kimi baxır.
Livan Hizbullahının baş katibi İraqın yeni parlament sədri haqda da deyib: İraq xalqı təhdidlərə və təzyiqlərə baxmayaraq, ABŞ-ın istəyinə qarşı çıxdı və qəlbə çaldı.