İsrail hərbçiləri 5 fələstinlini yaralayıblar
Qəzzənin mərkəzində yerləşən Deyrəl-Bələh şəhərinin Əl-Əqsa Şəhidləri xəstəxanası İsrail hərbçilərinin Əl-Vusta vilayətinin şərqində, təhlükəsizlik divarının yaxınlığında fələstinlilərə tərəf atəş açması nəticəsində 5 fələstinlinin yaralanmasından xəbər verib.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçilərinin böyük Qayıdış Haqqı yürüşü proqrmının bir hissəsi olan "Gecə Pusqusu" dəstəsinə hücum etməsi nəticəsində 5 fələstinli yaralanıb.
Gecə Pusqusu dəstəsinin əsas missiyası davamlı olaraq İsrail hərbçilərini xüsusi gözləmə rejimində işləməyə məcbur etməkdir.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Qəzzə zolağının şərqində partlayış və güllə səsləri eşidilib. Bu məlumata görə, İsrail qırıcıları Qəzzənin şimalında bir qrup fələstinlini hədəfə alıb.
30 mart 2018-ci ildən başlayan Qayıdış Haqqı yürüşləri fələstinli didərginlərin öz torpaqlarına qayıdış haqqına və Qəzzənin mühasirəsinin yarılmasına təkid xarakteri daşıyır. Qayıdış Haqqı yürüşləri fələstinlilər tərəfindən geniş rəğbətlə qarşılanıb və davamlı olaraq yeni və yaradcı metodlardan istifadə edərək, işğalçı rejimin hərbçilərinə gərgin anlar yaşadır.