"Qayıdış haqqı" yürüşünün 26-cı cüməsində bir şəhid, 312 yaralı
-
"Qayıdış haqqı" yürüşünün 26-cı cüməsində bir şəhid, 312 yaralı
Fələstin Səhiyyə Nazirliyi dünən gecə Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" yürüşünün 26-cı cüməsində bir fələstinlinin şəhid olması, 312 fələstinlinin isə yaralanmasından xəbər verib.
Fələstin Səhiyyə Nazirliyi qeyd edib ki, yaralılar arasında çoxlu sayda qadın və uşaq var.
Yaralılardan üçünün vəziyyəti ağırdır.
Dinc mahiyyətli "Qayıdış haqqı" yürüşü "yer günü" münasibətilə martın otuzundan Qəzzə zolağında keçirilir.
Həmin tarixdən bəri bu yürüşdə 180-dən çox fələstinli sionist hərbçilərin atəşləri nəticəsində şəhid olub və təqribən iyirmi min nəfər də yaralanıbdır.
Bir çox ölkə, o sıradan İran İslam Respublikası, həmçinin beynəlxalq təşkilatlar indiyədək sionistlərin bu cinayətlərini pisləyiblər.
Fələstinlilərin "yer günü"nün ildönümündə hər il keçirilən yürüşü sionist rejimin 1976-cı il martın otuzunda fələstinlilərin ərazilərinin müsadirəsi sahəsindəki qərarını xatırladır.
Sionist rejim fələstinlilərin ərazilərini müsadirə edib, orada sionistsakinli qəsəbələr tikməklə fələstinli məntəqələrin coğrafi quruluşunu dəyişdirmək və bu məntəqələrə sionist görkəm vermək niyyətindədir ki, fələstinli məntəqələr üzərindəki hökmranlığını təsbit etmiş olsun.