Sen 22, 2018 12:27 Asia/Baku
  • BMT Yəməndə qıtlıq təhlükəsi barədə xəbərdarlıq edib
    BMT Yəməndə qıtlıq təhlükəsi barədə xəbərdarlıq edib

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Yəmən xalqının qıtlıq təhlükəsi ilə üzləşməsi barədə xəbərdarlıq edib.

Mark Lovkok dünən BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Yəmən dünyada ən pis insan böhranı ilə üzləşibdir.

BMT baş katibinin müavini əlavə edib: 18 milyon yəmənli qida təhlükəsi ilə üzləşir və yardıma ehtiyac duyur.

Lovkok BMT-nin Təhlükəsizlik Şurasından istəyibdir ki, Yəmənin iqtisadi sabitliyi üzrə təcili tədbirlərə və siyasi müzakirələrə dəstək versin.

Ərəbistan əmirliklər, ABŞ və bir neçə Avropa ölkəsinin himayəsi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərbi hücuma keçərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Teqlər