Sen 23, 2018 21:38 Asia/Baku
  • Əlhəlbusi İranın himayəsinə görə təşəkkür edib
    Əlhəlbusi İranın himayəsinə görə təşəkkür edib

İraq parlamentinin yeni sədri İranın İraqın ərazi bütövlüyü və suverenliyinə dəstəklərinə görə təşəkkür edib.

İraq parlamentinin yeni sədri Muhəmməd Əlhəlbusi bu gün Bağdadda İran səfiri İrəc Məscedi ilə görüşdə parlament sahəsi daxil olmaqla Bağdad-Tehran həmkarlıqlarının gücləndirilməsini vurğulayıb.

Əlhəlbusi terrorizmlə mübarizədə zərər çəkmiş məntəqələr daxil olmaqla bərpa və xidmət sektorlarında İraqa regional dəstəyi, həmçinin bu məntəqələrdə sabitlik və həyat şəraitinin bərqərarındakı fəal iştirakı olduqca mühüm dəyərləndirib. Bildirib ki, İraq, İran daxil olmaqla region ölkələrilə daha geniş əməkdaşlıq etmək istəyir. 

Məscedi də İraq parlamentinin sədri olması münasibətilə Əlhəlbusini təbrik edərək, qarşılıqlı iqtisadi əməkdaşlıqların gücləndirilməsini vurğulayıb.

Teqlər