Sionistlərin Qəzzəyə basqını; bir şəhid, 15 yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323603-sionistlərin_qəzzəyə_basqını_bir_şəhid_15_yaralı
Sionist hərbçilərin Qəzzə zolağına basqını bir fələstinlinin şəhid olmasına, bir qrup fələstinlinin də yaralanmasına bais olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2018 06:15 Asia/Baku
  • Sionistlərin Qəzzəyə basqını; bir şəhid, 15 yaralı
    Sionistlərin Qəzzəyə basqını; bir şəhid, 15 yaralı

Sionist hərbçilərin Qəzzə zolağına basqını bir fələstinlinin şəhid olmasına, bir qrup fələstinlinin də yaralanmasına bais olubdur.

Fələstin səhiyyə nazirliyi bildirib ki, dünən axşam sionist hərbçilərin fələstinlilərin Qəzzə zolağının şərqində keçirilən aksiyasına qarşı hücumunda bir fələstinli şəhid olub, 14 nəfər də yaralanıbdır.

Sionist hərbçilər son həftələrdə "fələstinli çərpələnglər" adlandırdıqları məsələ ilə mübarizə bəhanəsilə dəfələrlə Qəzzə zolağının məntəqələrinə hücum ediblər.

Belə bir halda, Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əlqədrə şənbə günü bildirib ki, "Qayıdış haqqı" yürüşünün əvvəlindən bəri sionist hərbçilərin atəşləri nəticəsində 184 fələstinli şəhid edilib.

"Qayıdış haqqı" yürüşü "yer günü" münasibətilə martın otuzundan Qəzzə zolağında keçirilir və hələ də davam etməkdədir. Yürüşdə məqsəd, fələstinli didərginlərin qayıdış haqqına təkid və Qəzzə zolağının mühasirəsinin ləğvidir.