Suriyada yeni dərs ili başlanıb
-
Suriyada yeni dərs ili başlanıb
İranlıların dünyanın 60 ölkəsindəki məktəbləri ilə bir vaxtda Suriyada yerləşən İmam Xomeyni(r.ə.) adına tədris kompleksində də "Müqavimət diyarında mehribanlıq!" şüarı ilə yeni dərs ili başlanıb.
Suriyada dinclik və təhlükəsizliyin bərqərarı ilə bu ölkədə yeni dərs ili öncəki illərdən fərqlənir. Yeni dərs ilində 14 min məktəb 4 milyondan çox məktəblini qəbul edir.
Müəllim: Məktəblilərə uğurlar diləyirik. Onların sinif otaqlarına geri dönmələri, Suriyanın qaniçən terrorçular üzərində qələbəsi deməkdir.
Dəməşqdə, İran İslam Respublikasının Suriyadakı orqanlarının məsul şəxslərinin, müəllimlərin və valideynlərin iştirakı ilə keçirilən bir mərasimdə iranlıların məktəbində yeni dərs ilinin başlanması zəngi çalınıb.
Məhdi Salehzadeh- Dəməşqdə yerləşən İmam Xomeyni(r.ə.) adına tədris kompleksinin direktoru: Biz hər bir cəhətdən məktəbi hazırlamışıq.
Bütün cəhətlərdən məktəblilərin təlim-tərbiyəsi üçün zəmin yaradılıb.
Mərasimdə çıxış edənlər Əhvaz terror hadisəsində bir qrup İran vətəndaşının şəhid olması münasibətilə başsağlığı verərək, vurğulayıblar ki, Suriyada dinclik və təhlükəsizliyin bərqərarı müqavimət şəhidlərinin qanlarına borcludur.