Müqavimət silahına qarşı heç bir hərəkəti qəbul etməyəcəyik
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323616-müqavimət_silahına_qarşı_heç_bir_hərəkəti_qəbul_etməyəcəyik
Həmas sözçüsü: Həmas hərəkatı Fəth hərəkatının fələstinli qruplar arasında barışıq barədə təklif etdiyi sənədi rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2018 14:23 Asia/Baku
  • Müqavimət silahına qarşı heç bir hərəkəti qəbul etməyəcəyik
    Müqavimət silahına qarşı heç bir hərəkəti qəbul etməyəcəyik

Həmas sözçüsü: Həmas hərəkatı Fəth hərəkatının fələstinli qruplar arasında barışıq barədə təklif etdiyi sənədi rədd edib.

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü vurğulayıb: Bu hərəkat müqavimət silahına qarşı heç bir hərəkəti qəbul etməyəcək.

Sami Əbuzəhri Əlməyadin telekanalı ilə müsahibədə bildirib ki, Həmas hərəkatı Fəth hərəkatının fələstinli qruplar arasında barışıq barədə təklif etdiyi sənədi rədd edib, zira bu sənəd müqavimətə zərbə vurur. 

Əbuzəhri əlavə edib: Həmas hərəkatının nümayəndə heyəti Misirin təhlükəsizlik heyətinin dəvəti ilə tezliklə Qahirəyə səfər etməyə hazırlaşır. Həmas Fələstin barışıq işinə sadiq olduğunu vurğulayıb, amma Fəth hərəkatının təqdim etdiyi son sənədlə müxalifət etdik. Zira onda birbaşa şəkildə Fələstin müqavimət silahına və müqavimət məsələsinə etiraz edilir. O, qeyd edib ki, Misirin təhlükəsizlik heyəti Qahirənin Qəzzəni, bu məntəqə əhalisi üçün silahların təmin edilməsini və Rəfəh keçidinin yenidən açılmasını himayə etdiyini vurğulayıb. Misir bütün fələstinli qruplar arasında müvazinətli mövqeyə malikdir. Misirin bu rolunu alqışladığımızı və ona dəstək verdiyimizi vurğulayırıq.