Sionist rejimin Suriyadakı rəftarları qarşısında münasib addımlar atılmalıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323627-sionist_rejimin_suriyadakı_rəftarları_qarşısında_münasib_addımlar_atılmalıdır
Rusiyanın müdafiə naziri vurğulayıb ki, Suriyaya S-300 hava hücumundan müdafiə sisteminin təhvil verilməsi bu ölkənin hava məkanını sionist rejimin hava hücumlarının üzünə bağlayacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2018 17:56 Asia/Baku
  • Sionist rejimin Suriyadakı rəftarları qarşısında münasib addımlar atılmalıdır
    Sionist rejimin Suriyadakı rəftarları qarşısında münasib addımlar atılmalıdır

Rusiyanın müdafiə naziri vurğulayıb ki, Suriyaya S-300 hava hücumundan müdafiə sisteminin təhvil verilməsi bu ölkənin hava məkanını sionist rejimin hava hücumlarının üzünə bağlayacaqdır.

Sergey Şoyqu bildirib ki, sionist rejimin hərəkətlərinin ardınca Moskva Suriyadakı rus qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün münasib addımlar atmalıdır.

Şoyqu əlavə edib: Təyyarələrin əlaqələri və süni peyk əlaqələrinin qarşısını almaq məqsədilə Suriya sahillərində elektron parazit sistemi işə salınacaqdır.

Rusiyanın müdafiə naziri vurğulayıb: Moskva qarşıdakı iki həftə ərzində S-300 hava hücumundan müdafiə sistemini Suriyaya təhvil verəcək. Suriyalı zabitlər bu sistemdən istifadə üzrə təlimlər keçiblər. S-300 hava hücumundan müdafiə sisteminin Suriyaya təhvil verilməsi bu ölkənin hava məkanını sionist rejimin hava hücumlarının üzünə bağlayacaqdır.

O, əlavə edib: Suriyanın anti-aviasiya bölmələri Rusiyanın radar sistemlərilə təchiz olunacaqlar.

Frans-Press də Rusiyanın müdafiə nazirinə istinadla bildiribdir ki, bu ölkə Aralıq dənizindən Suriyanı hədəfə alan bütün təyyarələrin əlaqələrini pozacaqdır.