Hindistan suyu açdı, Pakistanda kəndləri su basdı
Sen 25, 2018 10:56 Asia/Baku
-
Hindistan suyu açdı, Pakistanda kəndləri su basdı
Pakistanın Sialkot sərhəd şəhəri yaxınlığında yerləşən onlarla kəndi su basıb səbəb isə Hindistan tərəfindən su bəndlərindən suyun buraxılmasıdır.
İRNA-nın verdiyi məlumata görə, Hindistanın Ravi, Sutləc və Çinab çayları üzərindəki bəndləri açması nəticəsində Pakistanda onlarla kəndi su basıb və əhali və kənd təsərrüfatına böyük həcmdə ziyan dəyib.
Hindistanın bu hərəkəti nəticəsində pakistanlılar milyardlar rupiyə xəsarət alıb və minlərlə insan evsiz eşiksiz qalıb.
İslamabad bildirib ki, Yeni Deyli iki ölkə arasında razılaşdırılmış müahidəni pozaraq Çinab və Ravi çayları üzərində su bəndləri salıb və hər il bəndləri qəfildən açaraq Pakistan əhalisini ziyanlara məruz qoyur.