Fələstinlilərin qəsəbə sakinləri ilə mübarizəsi davam edir
-
Fələstinlilərin qəsəbə sakinləri ilə mübarizəsi davam edir
Yüzlərlə sionist qəsəbə sakini sionist rejim hərbçilərinin himayəsi altında Məscidül-Əqsaya hücum ediblər. Fələstinlilər öz doğma yurdunu müdafiə üçün mübarizəsini davam etdirir.
Bura fələstinlilərlə sionist Zeikim qəsəbəsinin sakinləri ilə qarşıdurma nöqtəsidir. Bu sərhəd ərazisində quru və dənizdə toqquşmalar davam edir və işğalçı qüvvələr fələstinli aksiyaçıların üzərinə atəş açırlar. Həmçinin işğalçıların hərbi qayıqları fələstinlilərin qayıqlarını hədəfə alırlar. Bu qarşıdurmalarda 1 fələstinli şəhid oldu yüzlərlə fələstinli isə gözyaşardıcı və zəhərli qazlar ücbatından xəsarət aldı və bizim reportaj qrupu da zəhərləndi.
Aksiyaçı: Öz torpaqlarımızı geri almaq üçün gəlmişik,onlar bizdən qorxurlar və silahlarına arxalanırlar, biz silahsız, əli yalın onlarla qarşılaşırıq və torpaqlarımızı geri alacağıq.
aksiyaçı: Yurdumuza qayıtmaq bizim haqqımızdı, öz torpaqlarımızı müdafiə etmək üçün buradayıq. Yurdumuzu geri almaq üçün hər şeyə dözəcəyik.
Bu yürüşdə iştirak edən qadın və kişilər sadəcə bir hədəf uğrunda meydana gəliblər; işğalçılarla qarşıdurmanı davam etdirmək və Fələstin xalqının inqilab mesajını dünyaya çatdırmaq. Doğrudur bu hərəkat ağır xərclərlə,fələstinlilərin şəhadəti ilə nəticələnir amma aksiyaçılar vurğuladılar ki,işğalçıların Qəzzə və İordan çayının qərb sahilindəki təcavüzləri qarşısında heçvaxt susmayacaqlar.
Aksiyaçı: Bütün dünyaya deyirik ki, müqavimət davam edir, bu torpaqlar bizimkidir və biz onu əli yalın azad edəcəyik. Biz tanksız, silahsız müqaviməti davam etdirəcəyik.
Aksiyaçı: Qəzzənin mühasirəsinə yox demək üçün burdayıq, məqsədimizə nail olanadək davam edəcəyik.
Hər keçən gün gənclər daha da qorxmaz olur və bu dəniz sərhəddi kimi öncədən getməmiş olduqları ərazilərə irəliləyirlər bu qarşıdurmalar mühasirənin yarılmasına və fələstinlilərin öz məqsədlərinə çatmasınadək davam etdiriləcək.