Ərəbistan kralının 4 qardaşı oğlu ev dustağıdır
Ərəbistan rejimi səudiyyə kralının qardaşı Əhməd bin Əbduləzizi təzyiq altında qoymaq üçün onun oğlanlarından dördünü ev dustağı edib.
Londonda yaşayan Əhməd bin Əbduləziz son zamanlar misli görünməmiş bir ifadədə Ərəbistanın kralı Salman bin Əbduləziz və bu ölkənin vəliəhdi Muhəmməd bin Salmanı Yəməndəki cinayətlərdə məsuliyyət daşıyan ünsürlər kimi təqdim edib.
Səudiyyə mənbələri bildiriblər ki, Ali-Səud rejimi Əhməd bin Əbduləzizin övladlarından dördünü, yəni Sultan, Naif, Tərəki və Əbduləzizi çağırtdıraraq, onları öz atalarının sözlərini pisləməyə məcbur və onlardan atalarının Avropada məskunlaşmasını da şübhə altına almalarını tələb edibdir.
Şahzadə Əhməd bin Əbduləzizin virtual mühitdə və sosial şəbəkələrdəki ifadələri geniş əks-səda doğurubdur.
O, 2017-ci ildə şahzadələrdən 11 nəfərin bin Salman tərəfindən həbs olunmasından az sonra Ərəbistandan qaçmağa müvəffəq olub.
Onlarla ərəbistanlı şahzadə və tacir ötən ilin sentyabrında korrupsiya ittihamı ilə həbs olundu və onların bir neçəsi bir neçə aylıq həbsdən sonra iri məbləğlər ödəməklə azad edildi.
Eyni zamanda, Ərəbistan prokuroru bildirib ki, səudiyyə dövləti azadlıqları qarşılığında həbs olunanlardan 107 milyard dollar pul ala bilibdir.