Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin Həccə və Səədə vilayətlərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324036-təcavüzkar_səud_koalisiyasının_qırıcıları_yəmənin_həccə_və_səədə_vilayətlərinə_hücum_ediblər
Təcavüzkar səud koalisiyasının qırıcıları bir neçə dəfə Yəmənin şimal-qərbində yerləşən Həccə və bu ölkənin şimalında yerləşən Səədə vilayətlərinə basqın ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2018 16:58 Asia/Baku
  • Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin Həccə və Səədə vilayətlərinə hücum ediblər
    Təcavüzkar səud koalisiyasının qırıcıları Yəmənin Həccə və Səədə vilayətlərinə hücum ediblər

Təcavüzkar səud koalisiyasının qırıcıları bir neçə dəfə Yəmənin şimal-qərbində yerləşən Həccə və bu ölkənin şimalında yerləşən Səədə vilayətlərinə basqın ediblər.

Bir yəmənli hərbi mənbə deyib ki, səud koalisiyasının qırıcıları on dəfə Həccə vilayətində yerləşən Hirz, Əbəs və Məstəba şəhərlərindəki mülki və hərbi mövqeləri bombalayıblar.

Səədə vilayətində də təcavüzkar səud koalisiyasının qırıcıları altı dəfə Baqəm şəhərindəki müxtəlif məntəqələrə hücum edib və üç dəfə Razəh şəhərini hədəfə alıblar.

Səud qırıcılarının Səədə vilayətində yerləşən Baqəm, Şəda və Mənbə şəhərlərinin məntəqələrinə qarşı hücumları nəticəsində yaşayış massivlərinə xəsarətlər dəyibdir.

Belə bir halda, Yəmənin Təiz vilayətində yerləşən Həyfan cəbhəsində iki bomba partlayışı nəticəsində bir qrup səud muzduru öldürülüb və onların bir avtomobili məhv edilibdir.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək 14 mindən çox yəmənlinin həyatına son qoymaqla bərabər, on minlərlə nəfərin yaralanmasına, həmçinin milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.

Bu təcavüz yoxsul Yəmən ölkəsini kəskin dərman və qida çatışmazlığı ilə üzləşdiribdir.