Bəhreyn xarici işlər nazirinin İrana qarşı cəfəngiyyatları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324160-bəhreyn_xarici_işlər_nazirinin_İrana_qarşı_cəfəngiyyatları
Bəhreyn xarici işlər naziri dünən bir daha Ali-Xəlifə rejimi başçılarının İran İslam Respublikasına qarşı puç iddialarını təkrar edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2018 07:07 Asia/Baku
  • Bəhreyn xarici işlər nazirinin İrana qarşı cəfəngiyyatları
    Bəhreyn xarici işlər nazirinin İrana qarşı cəfəngiyyatları

Bəhreyn xarici işlər naziri dünən bir daha Ali-Xəlifə rejimi başçılarının İran İslam Respublikasına qarşı puç iddialarını təkrar edib.

Xalid bin Əhməd Ali-Xəlifə BMT Baş Assambleyasında İran İslam Respublikasını terrorizmə dəstək verməkdə ittiham edib. İddia edib ki, İran region ölkələrinin daxili işlərinə qarışır.

Bəhreyn xarici işlər naziri həmçinin iddia edibdir ki, İran İslam Respublikası Yaxın Şəriqn inkişafı yolunda ciddi bir təhdiddir.

Ali-Xəlifə rejimi uzun müddətdir ki, Ərəbistan, ABŞ və sionist rejimlə yanaşı İrana qarşı yalan iddialar irəli sürür.

Xalid bin Əhməd Ali-Xəlifənin yalan iddiaları elə bir halda irəli sürülür ki, İran İslam Respublikası daim regionda dinc yanaşı yaşama, suverenliyə hörmət və dialoq prinsipinə təkid edib və özünün bütün qonşularla səmimi əlaqələrə malik olmağa maraqlı olduğunu bildiribdir.