Sen 30, 2018 16:22 Asia/Baku
  • Yəmənin dəniz qüvvələri Ərəbistanın Cizan limanına hücum ediblər
    Yəmənin dəniz qüvvələri Ərəbistanın Cizan limanına hücum ediblər

Yəmənin ordusu və xalq komitərləri qüvvələrinin pilotsuz uçan aparatlarının əmirliklərdə yerləşən Dubay hava limanına qarşı uğurlu hücumlarından az sonra Yəmənin sahil müdafiəsi üzrə dəniz qüvvələri Ərəbistanın Cizan limanında yerləşən səud hərbi gəmilərinə qarşı müvəffəq bir əməliyyat keçirdilər.

Yəmənin informasiya mənbələri bildiriblər ki, bu ölkənin dəniz qüvvələrinin əməliyyatında Ərəbistanın sahil qvardiyasının bir qrup gəmisi hədəfə alınaraq, limanın daxilində alovlanıbdır. Səud qüvvələrinə də böyük xəsarətlər dəyibdir.

Yəmənin dəniz qüvvələri sentyabrın birində də Cizan sahillərində səud hərbçilərinin bir ədəd hərbi gəmisini hədəfə almışdılar. Onlar avqust ayında da Qırmızı dənizdə "Əldəmam" adlı bir səud hərbi gəmisini hədəfə alaraq, ona böyük xəsarətlər vurmuşdular.

Belə bir halda, Yəmənin ordusu və xalq komitərləri qüvvələrinin pilotsuz uçan aparat bölmələri bu gün səhər tezdən "Səmad-3" tipli bir ədəd pilotsuz uçan aparata Dubay beynəlxalq hava limanını hədəfə alıblar.

Teqlər