Əfqanıstan seçki şikayətləri komissiyasının xəbərdarlığı
Sen 30, 2018 18:00 Asia/Baku
-
Əfqanıstan seçki şikayətləri komissiyasının xəbərdarlığı
Əfqanıstan seçki şikayətləri komissiyası xəbərdarlıq edib ki, pozuntuya yol vermiş parlament seçkiləri namizədləri nağd cəriməyə və ya məhrum edilməyə məhkum ediləcəklər.
Əfqanıstan seçki şikayətləri komissiyasının sözçüsü bu gün Kabildə keçirilən mətbuat konfransında bu komissiyada vaxtından qabaq təbliğatlar barədə 113 seçki pozuntusunun qeydə alınmasından xəbər verib.
Əlireza Ruhaninin sözlərinə görə, bu pozuntular seçki təbliğatlarının vaxtından qabaq başlamasına görə qeydə alınıb və qanunu pozmuş namizədlər də 50-100 min əfqani cərimə ödəməyə məhkum edilə bilərlər.
Əfqanıstan seçki mübarizələri cümə günündən başlanıb və 20 gün davam edəcək.