Ə.Cabir: Yəməndə heç bir iranlı qüvvə yoxdur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324331-Ə.cabir_yəməndə_heç_bir_iranlı_qüvvə_yoxdur
Yəmən Milli Qurtuluş Hökumətinin sözçüsü dünən təcavüzkar səud koalisiyasının iranlı qüvvələrin Yəməndə olmalarına dair iddiasını əsassız adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2018 07:31 Asia/Baku
  • Ə.Cabir: Yəməndə heç bir iranlı qüvvə yoxdur
    Ə.Cabir: Yəməndə heç bir iranlı qüvvə yoxdur

Yəmən Milli Qurtuluş Hökumətinin sözçüsü dünən təcavüzkar səud koalisiyasının iranlı qüvvələrin Yəməndə olmalarına dair iddiasını əsassız adlandırıb.

Əbdussəlam Cabir deyib ki, təcavüzkar səud koalisiyasının iranlı qüvvələrin Yəməndə olmalarına dair ittihamları həqiqətə uyğun deyildir.

Təcavüzkar səud koalisiyası Yəmənə təcavüzün əvvəlindən bəri dəfələrlə iddia edibdir ki, İran Yəməndə iştirak edir və bu ölkəyə silah və raket göndərir. Bu iddia dəfələrlə Yəmən rəsmiləri tərəfindən təkzib edilibdir.

Yəmən rəsmiləri daim vurğulayıblar ki, bu ölkə ordusunun müdafiə qüdrəti tamamilə yerlidir və Yəmənin səud rejimi tərəfindən hərtərəfli mühasirəsinə rəğmən, hər gün artmaqdadır.

Əbdussəlam Cabir həmçinin Yəməndəki insan durumunu faciəli adlandırıb. Bildirib ki, Yəməndə milyonlarla nəfər təcili yardımlara ehtiyaclıdır.