Vəlid Muəllim: İranın Əlbukəmala qarşı raket hücumu terrorizmlə mübarizə üçün olubdur
-
Vəlid Muəllim: İranın Əlbukəmala qarşı raket hücumu terrorizmlə mübarizə üçün olubdur
Suriyanın xarici işlər naziri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Suriyanın Əlbukəmal məntəqəsinə qarşı raket hücumunu terrorizmlə mübarizə istiqamətində dəyərləndirib.
Suriyanın xarici işlər naziri Vəlid Muəllim bu gün bildirib ki, İran-Suriya həmkarlıqları tamamilə qanuni və Dəməşqin suverenliyi çərçivəsindədir. O, əlavə edib: İdlib, Hələbin ətrafı, həmçinin Mənbic və Fəratın şərqinin azad edilməsi Suriyadakı müharibədən son fəsldir.
İranın məzlum və müdafiəsiz xalqından 25 nəfərin şəhid olması, 69 nəfərin də yaralanması ilə nəticələnmiş 22 sentyabr Əhvaz terror cinayətinin ardınca İslam İnqilabı Keşikçiləri Korpusu bazar ertəsi günü səhər tezdən İranın qərbindən "yer-yer" tipli bir neçə ballistik raket və bir neçə pilotsuz uçan aparatla təkfirçi terrorçuların Suriyada, Fərat-ın şərqində yerləşən mövqelərini hədəfə aldı.