Səudiyyə Ərəbistanında yanğında 1 nəfər ölüb
Okt 03, 2018 16:29 Asia/Baku
-
Səudiyyə Ərəbistanında yanğında 1 nəfər ölüb
Səudiyyə Ərəbistanında Yənbu sənaye şəhərində bir neft-kimiya zavodunda baş verən yanğında bir nəfər ölüb 11 nəfər yaralanıb.
Səudiyyənin Əl-Əxbar telekanalının verdiyi məlumata görə, Cəbil və Yənbə sənaye zonalarının sözçüsü Əbdül-Rəhman Əbdül-Qadir ilkin araşdırmaların nəticələrinə istinadla yanğına səbəbin texniki problemlər olduğunu deyib.
Səudiyyə qaynaqları öncə sözü gedən qəsəbədə şiddətli partlayış və yanğının baş verməsindən xəbər vermişdilər.
Yənbə Ciddədən sonra Səudiyyə Ərəbistanının qərbində ikinci önəmli sənaye və neft limanlarından biridir.
Teqlər