Əfqanıstanda ABŞ ordusunun bir təyyarəsi süqut edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324548-Əfqanıstanda_abŞ_ordusunun_bir_təyyarəsi_süqut_edib
ABŞ müdafiə nazirliyi- Pentaqon bu ölkə ordusunun bir yük təyyarəsinin Əfqanıstanda süqut etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2018 10:57 Asia/Baku
  • Əfqanıstanda ABŞ ordusunun bir təyyarəsi süqut edib

ABŞ müdafiə nazirliyi- Pentaqon bu ölkə ordusunun bir yük təyyarəsinin Əfqanıstanda süqut etməsindən xəbər verib.

ABŞ müdafiə nazirliyi- Pentaqon bu gün bildirib ki, bu ölkə ordusunun AC-130 tipli bir ədəd yük təyyarəsi Əfqanıstanın Nəngərhar vilayətində süqut edib. Nəticədə altı ABŞ hərbçisi və ABŞ müdafiə nazirliyinin beş podratçısı ölübdür.

Bu təyyarə Əfqanıstanın Nəngərhar vilayətinin mərkəzi olan Cəlalabad şəhəri aeroportunun ətrafında qəzaya uğrayaraq, süqut edib.

Belə bir halda, bir qrup media Taliban-ın sözçüsü Zəbiullah Mocahedə istinadla bildiribdir ki, bu təyyarə həmin qrupun üzvləri tərəfindən hədəfə alınıbdır.