İraqın Fav şəhərindən böyük Hüseyn(ə) Ərbəini yürüşü başlanıb
Bu gün, muhərrəm əl-həram ayının 24-də səhər tezdən İraqın Bəsrə vilayətinin Fav şəhərinin Rəəs Əlbişə məntəqəsindən böyük Hüseyn(ə) Ərbəini yürüşü başlanıb.
Fav şəhərinin əhalisi hər il və ənənəvi bir mərasimdə Rəəs Əlbişə məntəqəsi adlanan, suya qovuşan ən uzaq quru nöqtədən İmam Husəyn(ə) adına iki böyük əzadarlıq bayrağı götürərək, bu məntəqədən hərəkət edir və digər məntəqələrin sakinləri marşrut boyu onlara qoşulurlar.
Rəəs Əlbişə məntəqəsindən Kərbəlayadək olan məsafə, 667 kilometrdir.
İraq ötən ilin Ərbəin mərasimində təqribən 2,5 milyon nəfəri iranlı olmaqla digər ölkələrin vətəndaşları və İraq vətəndaşlarından ibarət 13,5 milyon nəfərdən çox zəvvarın iştirakının şahidi olmuşdu.
1440-cı h.q. ili səfər ayının 20-si və 2018-ci milad ili oktyabrın 30-u, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Husəyn(ə)-ın və onun köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının Ərbəin günüdür. Bütün dünyadan milyonlarla nəfər bu gündə Ərbəin mərasimində iştirak etmək üçün bu şəhərə daxil olur.