Yəmən Ənsarullahı-nın baş katibi: Əsla düşmənə və işğalçılara təslim olmayacağıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324635-yəmən_Ənsarullahı_nın_baş_katibi_Əsla_düşmənə_və_işğalçılara_təslim_olmayacağıq
Yəmən Ənsarullahı-nın baş katibi vurğulayıb ki, bu ölkə xalqı bütün təzyiqlərə baxmayaraq, əsla düşmənə və işğalçılara təslim olmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2018 11:48 Asia/Baku
  • Yəmən Ənsarullahı-nın baş katibi: Əsla düşmənə və işğalçılara təslim olmayacağıq

Yəmən Ənsarullahı-nın baş katibi vurğulayıb ki, bu ölkə xalqı bütün təzyiqlərə baxmayaraq, əsla düşmənə və işğalçılara təslim olmayacaq.

Əbdulməlik Bədrəddin dünən gecə bildirib ki, amerikalı, səud və əmirlik işğalçıları Yəmənin milli mənbələrindən əldə olunan gəlirlərlə nəzarət edərək, onları idarə edirlər.

O, deyib: Biz səudiyyə və ya əmirlik işğalçılarının bizə hökumətlik etmələrini qəbul etməyəcəyik.

Yəmən Ənsarullahı-nın baş katibi əlavə edib: Düşmən təzyiqləri artırmaq məqsədilə qərb sahilindəki gərginliyi artırır və çalışır ki, cənub əyalətlərinin sakinlərini öz hədəflərinə çatmaq istiqamətində xidmətə götürsün.

Əbdulməlik Bədrəddin deyib: Biz şərəfli sülh istəyirik və ola bilməz ki, düşmənin özünün bütün qüdrəti və imkanları ilə meydana girdiyi bir halda, təslim olaq və zəlilliyi qəbul edək.