Okt 06, 2018 10:01 Asia/Baku
  • Səudiyyə vəliəhdi Trampın təhqirinə cavab verib: ABŞ prezidenti ilə işləməyi çox sevirəm
    Səudiyyə vəliəhdi Trampın təhqirinə cavab verib: ABŞ prezidenti ilə işləməyi çox sevirəm

Səudiyyə Ərəbistanının vəliəhdi dünən Amerikanın Blomberq telekanalının internet portalına müsahibəsində ABŞ prezidenti Donald Trampın son günlərdə Səudiyyə başçılarına qarşı təhqirlərinin cavabını minnətdarlıqla verib.

İRİB-in verdiyi məlumata görə, Məhəmməd Bin Salman deyib ki, o ABŞ prezidenti ilə işləməyi çox sevir. 

Tramp çərşənbə axşamı Misisipi ştatında təbliğat kampaniyası çərçivəsində etdiyi çıxışında Səudiyyə başçılarını təhqir edərək demişdi: Səudiyyə krallığı Amerikanın dəstəyi olmadan iki həftə ərzində dağılacaq. 

ABŞ prezidenti cümə axşamı da bildirib ki, Səudiyiyə Ərəbistanı onu mühafizə edən amerikalı əsgərlərin xərclərini ödəməlidir. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın səudiyyəliləri təhqir etməsindən sonra bir Tvittdə yazdı:Təhqir, təhlükəsizliyin əcnəbilərə tapşırılması illüziyasının mükafatıdır. 

Səudiyyə vəliəhdi həmçinin ölkəsinin neft istehsalının həcmini artıraraq ABŞ prezidentinn İranın neft ixracatının sıfıra endiriləcəyi təqdirdə bu boşluğu ödəməyə dair tələbini yerinə yetirmiş olduğunu iddia edib.

ABŞ dövləti 8 mayda ƏMTP-dən çıxdı və sonra 4 noyabradək İranın neft ixracatını sıfıra endirəcəyini bildirdi. 

Tramp neft ixrac edən ölkələr təşkilatındakı(OPEC) müttəfiqləri xüsusiylə Səudiyyə Ərəbistanından İran neftinin ixracatının azalması təqdirində bazardakı neft çatışmazlığını əlavə istehsalla ödəməsinni istəyib. 

Bu tələb hələ yerinə yetirilməyib. 

Trampın hədə qorxuları sadəcə Neftin qiymətinin qalxması ilə nəticələnib. Bu gün neftin qiyməti 86 dolları ötüb. 

Bir çox ölkələr o sıradan Çin və Türkiyə İrandan neft idxalatını davam etdirəcəklərini bildiriblər. 

Amerika dövlətinin ƏMTP-dən çıxması beynəlxalq səviyyədə eləcə də Amerika daxilində geniş miqyasda pislənilib. 

Teqlər