Okt 06, 2018 11:39 Asia/Baku
  • İraq parlamentinin sədri İranla əlaqələrə təkid edib
    İraq parlamentinin sədri İranla əlaqələrə təkid edib

İraq parlamentinin sədri Məhəmməd Əl-Həlbusi İraq ilə İran arasındakı əlaqəərin qorunub-saxlanılmasını vurğulayıb.

İRİB-in verdiyi məlumata görə, İraq parlamentinin sədri İraqın Qahirədəki səfirliyində keçirilən mətbuat konfransında ölkəsinin, ölkələr arasında siyasi düşmənçilik meydanına çevrilməsinə qarçı olduğunu bildirərək deyib: İraq ölkələrin suverinliyinə hörmətlə yanaşaraq bütün tərəflərin cəmləşməsi məkanına çevrilməyə çalışır. 

İraq parlamentinin sədri Türkiyənin İraqdakı hərbi fəaliyyətlərinə , bəzi terrorçu qruplardan qonşu ölkələrə zərbə vurmaq üçün faydalanmasına qarşı çıxdığını bildirib, ölkələrin suverinliyinə hörmət edilməsini vurğulayıb. 

Əl-Həlbusi deyib: Fələstin məsələsi unudulmamalıdır və Qüds paytaxt  olmaqla Fələstin ölkəsinin yaradılması ilə bu məsələ öz həllini tapmalıdır. 

İraqın parlament sədri Ərəb ölkələrinin Parlamentləri iclasında iştirak etmək üçün Misirdə səfərdədir. 

Teqlər