Qəzzədə " Dirəniş cüməsi" aksiyası
-
Qəzzədə " Dirəniş cüməsi" aksiyası
Qayıdış cüməsi aksiyaları çərçivəsində bu həftə dirəniş cüməsi adı altında keçirilən fələstinlilərin dünənki etiraz nümayişləri sionist hərbçilərinin hücumlarına rəğmən baş tutub.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Sionist rejim hərbçilərinin Qəzzə zolağında keçirilən qayıdış aksiyasına hücumu nəticəsində 3 fələstinli şəhid olub və 1249 nəfər yaralanıb, yaralılardan beş nəfərinin durumunun ağır olduğu bildirilir.
Fələstin parlamentinin sədr müavini deyib: Trampın Qüdsü İsrailin paytaxtı tanıması həqiqətləri dəyişməyəcək və Qüds Fələstinin əbədi paytaxtı olaraq qalacaqdır.
Əhməd Bəhr deyib: İşğalçı sionist rejim ordusu daima müqavimətdən qorxur, xalqımıza deyirik ki, qadın, kişi, uşaq, gənc, qoca hamı mühasirəni yaranadək yürüşləri davam etdirməliyik. Dediyim kimi düşmənlərin gözü kör; mühasirə yarılacaq ona görə ki, biz haqqıq və haqq olan amalları müdafiə edirik. Bu yurd bizim yurdumuzdur, bu Qüds bizim Qüdsdür.