Amerikan koalisiya Suriyada İŞİD ünsürlərini köçürüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i324795-amerikan_koalisiya_suriyada_İŞİd_ünsürlərini_köçürüb
Amerikanın başçılığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalisiyası İŞİD terror qrupunun bir qrup ünsürünü Suriyanın Diyrəzzur şəhərinin Əlşəəfəh qəsəbəsindən çıxarıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2018 07:29 Asia/Baku
  • Amerikan koalisiya Suriyada İŞİD ünsürlərini köçürüb
    Amerikan koalisiya Suriyada İŞİD ünsürlərini köçürüb

Amerikanın başçılığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalisiyası İŞİD terror qrupunun bir qrup ünsürünü Suriyanın Diyrəzzur şəhərinin Əlşəəfəh qəsəbəsindən çıxarıbdır.

Amerikan koalisiyanın vertolyotları terrorçuların köçürülməsi işini həyata keçiriblər.

Əksər hissəsi yaralı olan terrorçular naməlum məkana köçürülüblər.

Əlşəəfəh qəsəbəsi İŞİD terror qrupunun işğalındadır.

Amerikan koalisiya indiyədək dəfələrlə Suriyadakı terrorçulara kömək edibdir.

Suriya prezidenti Bəşşar Əsəd son zamanlar qeyd emişdi ki, amerikan koalisiya əslində İŞİD terror qrupunun hava qüvvələrinə çevrilibdir.

Amerikanın başçılığı altında olan sözdə beynəlxalq anti-İŞİD koalisiyası Obamanın prezidentliyi dövründə İraq və Suriyada yerləşən terrorçularla mübarizə iddialı hədəflə formalaşdı. Belə bir halda, ABŞ prezidenti Donald Trampın etirafına görə, Vaşinqton İŞİD daxil olmaqla terror qruplarının meydana gəlmələrinin əsas amili olubdur.