Əlcəzirə xəbər verdi: Xaşiqcinin cəsədi İstanbulda aşkar edilib
-
Əlcəzirə xəbər verdi: Xaşiqcinin cəsədi İstanbulda aşkar edilib
Qətərin Əlcəzirə telekanalı bu gün səhər tezdən səud rejimini tənqid edən yazar və jurnalist Camal Xaşiqcinin cəsədinin İstanbul məntəqələrindən birində tapıldığını bildirib.
Əlcəzirə telekanalı bildirib ki, Camal Xaşiqci Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülməzdən öncə işgəncə edilibdir.
Röyters də iki türkiyəli qaynağa istinadla yazıbdır ki, Ankaranın qənaətincə, Camal Xaşiqci Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilib.
Türkiyə rəsmilərindən olan bu mənbələrdən biri qeyd edibdir ki, Türkiyə polisinin ilkin dəyərləndirmələri göstərir ki, Xaşiqci Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülüb və cəsədi konsulluqdan kənara köçürülübdür.
Adının gizli qalmasını istəyən bu Türkiyə rəsmisi əlavə edib: Türkiyə polisinin fikrincə, bu qətl öncədən işlənib hazırlanıbmış.
Xaşiqci ötən çərşənbə axşamı günü Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra itkin düşübdür.
Xaşiqcinin nişanlısı Xədicə Azru ötən çərşənbə günü bildiribdir ki, nişanlısı izdivac işlərini həyata keçirmək məqsədilə Ərəbistanın İstanbuldakı konsulluğuna müraciət etmişdi.
Səud rejimini tənqid edən yazar və jurnalist Camal Xaşiqcinin adı bu rejimin təqibdə və həbsdə olan şəxslər siyahısında imiş. O, həbs edilməkdən ehtiyat edərək, Ərəbistandan kənarda yaşayardı.
Beynəlxalq Amnistiya Təşkilatı bu gün səhər tezdən bir bəyanatda bildirib: Camal Xaşiqcinin qətli o deməkdir ki, tənqidçilər Ərəbistandan kənarda belə, həyat təhlükəsizliyinə malik deyillər.