Yəməndə bir qrup səud muzduru öldürülüb
-
Yəməndə bir qrup səud muzduru öldürülüb
Yəmənli qüvvələr Marəb vilayətinin Sərvah şəhərində keçirdikləri bir əməliyyatda bir qrup səud muzdurunu öldürə biliblər.
Yəmənli qüvvələr Sərvah şəhərində terrorçuların bir neçə başçısını da öldürüblər.
Yəmənli qüvvələr həmçinin səud təcavüzkarlarının Ərəbistanın Cizan və Əsir məntəqələrindəki mövqelərini raket hücumlarına məruz qoyublar.
Səud mənbələri bildiriblər ki, Ərəbistan ordusunun bu ilin sentyabr ayı boynca verdiyi tələfat, 42 ölü və 24 yaralı oludbur.
Statistikalar həmçinin göstərir ki, ötən doqquz ay ərzində Ərəbistanın ordu qüvvələrindən 467 nəfər öldürülüb, 293 nəfər də yaralanıbdır. Yəmənin Əlmuhrə vilayətində səud qırıcısının vurulmasında öldürülmüş iki səud zabitinin adı da bu statistikada elan olunubdur.
Yəmənin ordu və xalq komitələrindəki hərbi bir mənbə vurğulayıbdır ki, səud ordusu ölülələri və yaralılarının real sayı səud medialarının elan etdikləri miqdardan yuxarıdır.