Yəməndə Ərəbistanın təcavüzlərinə qarşı aksiyalar keçirilib
-
Yəməndə Ərəbistanın təcavüzlərinə qarşı aksiyalar keçirilib
Yəmənin Əl-Hüdəydə və Əl-Mehrə vilayətlərinin sakinləri Ərəbistanın Yəmənə qarşı təcavüzkarlıqlarına etiraz olaraq aksiyalar təşkil ediblər.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Yəmənin Əl-Hüdəydə və Əl-Mehrə vilayətinin sakinləri Ərəbistanın təcavüzlərinə etiraz olaraq aksiya təşkil edib və təcavüzkarların Yəməndən çıxmalarını istəyiblər. Əl-Mehrə vilayətinin sakinləri həmçinin, Səudiyyə Ərəbistanının işğalçılıq və təcavüzkarlıq siyasətlərinin davam etməsinə etiraz ediblər.
Əl-Mehrə vilayətindəki Yəmənli qəbilələr Ərəbistanın bu ölkədən Ərəb dəryasına neft boru kəməri çəkmək qərarına etiraz ediblər. Yəmənli qəbilələr Ərəbistan qüvvələrinin bu vilayətdən çıxmasını və vilayətə nəzarətin yerli əhaliyə tapşırılmasını istəyiblər. Aksiya iştirakçıları daha sonra təcavüzkarların bu vilayətdən çıxacağı zamana kimi etiraz aksiyalarını davam etdirəcəklərni bildiriblər.
Yəmənin Oman krallığı ilə sərhəd məntəqədə yerləşən Əl-Mehrə vilayəti bir neçə aydır ki, Ərəbistanın işğalçılıqlarına qarşı etiraz aksiyalarının şahididir.
Ərəbistan qüvvələri Əl-Mehrə vilayətinin hava və dəniz limanını artıq bir ildir ki, işğal edib və Yəmənin istefada olan fərari prezidenti Əbdürrəbbə Mənsur Hadiyə bağlı qüvvələri oradan kənarlaşdırıblar.
Əl-Hüdəydə vilayətinin sakinləri də Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin işğalçılıqlarına qarşı müqavimətin davam etdiriləcəyini bildiriblər. Əl-Hüdəydə sakinlərindən biri deyir: Şəhidlərin yolunu davam etdirəcəyik.