Azərbaycan hərbçilərinin bir qrupu Əfqanıstana göndərilib
Okt 09, 2018 15:21 Asia/Baku
-
Azərbaycan hərbçilərinin bir qrupu Əfqanıstana göndərilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb
Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.