Yəmən ordusu PUA-dan istifadə edərək, Ərəbistan hərbçilərini hədəfə aldı
-
Yəmən ordusu PUA-dan istifadə edərək, Ərəbistan hərbçilərini hədəfə aldı
Yəmən orduusunun Pilotsuz Uçan Aparatlar bölməsi "Qasif-1" PUA-sından istifadə edərək, ölkənin qərbində yerləşən Ənbərə və Əl-Məxa vilayətlərində Ərəbistan hərbçilərinin və komandanlarının toplaşdığı məkanı hədəfə alıb.
İRNA-nın məlumatına görə, Yəmənin hərbi mənbələrindən biri bu gün çərşənbə Əl-Məsirə kanalına verdiyi müsahibədə deyib: Bu hücum Ali-Səud rejiminin Yəmən xalqına qarşı cinayətlərinə cavab xarakteri daşıyıb. Və bu əməliyyat zamanı Qasif-1 PUA-sı ilə Ərəbistanın təcavüzkar qüvvələrinin toplaşdığı məkan dəqiq formada hədəfə alınıb. Nəticədə bir qrup təcavüzkar həlak olub.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Təiz vilayətində Ərəbistan muzdlularının mövqelərini hədəfə alıblar. Bu əməliyyatda bir Səudiyyə muzdluları ağır itki veriblər.
Yəmənli qüvvələr həmçinin, Yəmənin şimalında yerləşən Əl-Cəvf vilayətində təcavüzkar qüvvələrin mövqelərinə hücum ediblər. Nəticədə bir qrup muzdlu öldürülüb və yaralanıb.
Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı başlatdıqları savaşda indiyə kimi 14 min mülki həlak olub, on minlərlə insan yaralanıb, milyonlarla nəfər didərgin düşüb.