Səudiyyə Ərəbistanı Türkiyəyə 5 milyard dollarlıq rüşvət təklif edibmiş
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325292-səudiyyə_Ərəbistanı_türkiyəyə_5_milyard_dollarlıq_rüşvət_təklif_edibmiş
Türkiyənin Livandakı səfiri Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın Caman Qaşıqçı işinə son qoymaq üçün Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana 5 milyard dollarlıq rüşvət təklif etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2018 06:33 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Türkiyəyə 5 milyard dollarlıq rüşvət təklif edibmiş

Türkiyənin Livandakı səfiri Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın Caman Qaşıqçı işinə son qoymaq üçün Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana 5 milyard dollarlıq rüşvət təklif etməsindən xəbər verib.

İraqın Əsrar Mediya portalının verdiyi məlumata görə, Türkiyənin Livandakı səfiri Hakan Kakil yüksək səviyyəli avropalı rəsmi ilə görüşündə deyib: Səudiyyə vəliəhdi Türkiyə prezidentinə 5 milyard dollar təklif edib ki, Ali-Səudu tənqid edən jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində yox çıxmasına dair  işə son qoysun. 

Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı konsulluğunda daxil olduqdan sonra itkin düşübdür.

Medialar bu hadisədən bir neçə gün sonra xəbər verdilər ki, Qaşıqçının cəsədi doğranmış vəziyyətdə və çoxlu sayda işgəncə əlamətləri ilə İstanbulda tapılıbdır.

Camal Qaşıqçının adı səud rejiminin təqib və həbs edilməli şəxslər siyahısında yerləşmişdi. O, həbs olunmaq qorxusundan Ərəbistandan kənarda yaşayırdı.