Beynəlxalq Amnistiya Təşkilatı ABŞ-ın Rəqqəyə hücumunda mülki əhalinin hədəfə alındığını bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325391-beynəlxalq_amnistiya_təşkilatı_abŞ_ın_rəqqəyə_hücumunda_mülki_əhalinin_hədəfə_alındığını_bildirib
Beynəlxalq Amnistiya Təşkilatı Suriyanın Rəqqə şəhərində mülki əhalinin qırğın edilməsində ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının məsuliyyət daşıdığını bildirib və cinayətkarların cəzalandırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2018 12:21 Asia/Baku
  • Beynəlxalq Amnistiya Təşkilatı ABŞ-ın Rəqqəyə hücumunda mülki əhalinin hədəfə alındığını bildirib
    Beynəlxalq Amnistiya Təşkilatı ABŞ-ın Rəqqəyə hücumunda mülki əhalinin hədəfə alındığını bildirib

Beynəlxalq Amnistiya Təşkilatı Suriyanın Rəqqə şəhərində mülki əhalinin qırğın edilməsində ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının məsuliyyət daşıdığını bildirib və cinayətkarların cəzalandırılmasını istəyib.

Beynəlxalq Amnistiya Təşkilatı Suriyada insan haqlarının vəziyyəti ilə bağlı Livanın paytaxtı Beyrutda təşkil etdiyi mətbuat konfransında Rəqqə şəhərinin humanitar durumunun acınacaqlı olduğunu bildirib və dünya ictimaiyyətindən məsələyə müdaxilə etməsini istəyib.

"Ənəb Bələdi" informasiya portalının  yazdığına görə, Beynəlxalq Amnistiya Təşkilatının direktor müavini Anna Naystat Rəqqə şəhərinin 80%-lik dağıntılara məruz qaldığını və indiyə kimi Beynəlxalq Amnistiya Təşkilatının uçqunlar altından 2521 nəfərin cəsədini aşkar etdiyini bildirərək, dağıntılar altında hələ də 3000-ə yaxın cəsədin olduğunu və onların böyük əksəriyyətini mülki əhalinin təşkil etdiyini vurğulayıb.

Beynəlxalq Amnistiya Təşkilatının qənaətinə görə, Rəqqə şəhərindəki bu insan qırğını ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasının şəhərə olan hücumlarının nəticəsidir.

Beynəlxalq Amnistiya Təşkilatı Rəqqə şəhərindəki qırğınlara dair sənədləri ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyasına təqdim etsə də, koalisiya qüvvələri sadəcə 77 nəfərin ölümünə görə məsuliyyət daşıdığını iddia edib.

İnsan haqları təşkilatları Rəqqə şəhərini, geniş hücumlara məruz qalmasına və bütün infrastrukturlarının məhv edilməsinə habelə, şəhərin terrorçular tərəfindən minalanmasına görə, "xabarab şəhər" adlandırırlar.