Ərəbistan qırıcıları Yəmənli didərginlərin avtobusunu vurdu, 15 nəfər öldü
Okt 13, 2018 17:40 Asia/Baku
-
Ərəbistan qırıcıları Yəmənli didərginlərin avtobusunu vurdu, 15 nəfər öldü
Ərəbistan qırıcıları Yəmənin Əl-Hudəydə vilayətində yerləşən Cəbəl Rəs məntəqəsində yəmənli didərginləri daşıyan avtobusu hədəfə alıblar. Nəticədə 15 nəfər həlak olub.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, bu hadisədə 20 nəfər də yaralanıb. Yaralılardan bir çoxunun vəziyyətinin ağır olmasını nəzərə alaraq, hadisə qurbanlarının sayının artacağı istisna edilmir.
Digər tərəfdən Əl-Hudəydə vilayətində Səudiyyə muzdluları və yəmənli mübarizlər arasında gedən döyüşlərdə səudiyyə muzdlularının bir komandanı ağır yaralanıb.
Durəyhimi məntəqəsində də Səudiyyə muzdluları yəmənli qüvvələrin hücumuna məruz qalıblar. Ölən və yaralananlar var.