N.Berri: Ərəb və İslam ümməti "əsrin sövdələşməsi" ilə mübarizə üçün birləşsinlər
-
N.Berri: Ərəb və İslam ümməti "əsrin sövdələşməsi" ilə mübarizə üçün birləşsinlər
Livan parlamentinin sədri amerikan "əsrin sövdələşməsi" ilə mübarizə üçün Ərəb və İslam ümmətinin birləşmələrini istəyib.
Nəbih Berri Cenevrədə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin parlamentlərarası birliyinin koordinasiya iclasında vurğulayıb ki, "əsrin sövdələşməsi" layihəsi Fələstin və onun xalqının məsələsini hədəfə alıbdır.
Livan parlamentinin sədri Amerikanın öz səfirliyini işğal olunmuş Qüdsə köçürmək, həmçinin Vaşinqtonun fələstinli didərginlərə yardım və onların işlə təmin olunmaları agentliyi- UNRWA-ya köməklərinin kəsilməsini amerikan "əsrin sövdələşməsi" layihəsinin bir hissəsi adlandırıb.
ABŞ dövlət departamenti sentyabrın birində bu ölkənin UNRWA-ya olan bütün köməklərinin kəsilməsindən xəbər verdi.
"Əsrin sövdələşməsi" layihəsi Amerika hökumətinin irəli sürdüyü yeni layihədir. Bu layihə Fələstin xalqının hüquqlarını aradan götürmək ardıncadır. Deyilənlərə görə, bu layihə bəzi ərəb ölkələrinin həmkarlıqları və razılıqları ilə işlənib hazırlanıbdır.
Amerikan "əsrin sövdələşməsi" layihəsinə əsasən, Qüdsi-Şərif sionist rejimə verilir; digər ölkələrdəki fələstinli didərginlər geri dönmə haqqına malik olmayacaqlar və Fələstin yalnız Qəzzə zolağı və İrodan çayının qərb sahilindən yerdə qalan ərazilərin mülkiyyətinə malik olacaqdır.