Əfqanıstan seçki komissiyası: Seçkilər vaxtında keçiriləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325592-Əfqanıstan_seçki_komissiyası_seçkilər_vaxtında_keçiriləcək
Əfqanıstan seçki komissiyasının sözçüsü parlament seçkilərinin vaxtında keçiriləcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2018 14:46 Asia/Baku
  • Əfqanıstan seçki komissiyası: Seçkilər vaxtında keçiriləcək
    Əfqanıstan seçki komissiyası: Seçkilər vaxtında keçiriləcək

Əfqanıstan seçki komissiyasının sözçüsü parlament seçkilərinin vaxtında keçiriləcəyini bildirib.

Seyid Həfizullah Haşemi bu gün Kabildə keçirilən bir mətbuat konfransında bildirib ki, Əfqanıstan parlament seçkiləri oktyabrın 20-də bütün ölkə boyu keçiriləcək və biometrik sistemdən istifadə, bu prosesin şəffaflığını təmin edəcəkdir.

Son zamanlar "Kabil News" telekanalı xəbər vermişdi ki, Qərb ölkələri seçkilərin keçirilməsi zamanının təxirə salınmasına çalışırlar.

Əfqanıstan seçki komissiyasının sözçüsü həmçinin hökumət rəsmiləri və işçilərinə xəbərdarlıq edibdir ki, seçkilər prosesinə və bu komissiyanın işlərinə qarışmaqdan çəkinsinlər, əks halda, porkurorluğa təqdim olunacaqlar.