Okt 16, 2018 10:53 Asia/Baku
  • İraq rəsmisi ərbəin mərasiminin təhlükəsizliyinə təkid edib
    İraq rəsmisi ərbəin mərasiminin təhlükəsizliyinə təkid edib

İraq ordusu baş qərargah rəisi imam Hüseyn(ə) ərbəini mərasiminin təhlükəsizliyinin tam təmin olunmasına təkid edib.

General Osman Əl-Qanimi İran və İraqın müştərək təhlükəsizlik koordinasiya komitəsinin üzvləri ilə görüşündə zəvvarlarla əlaqədar işlərin daha da asanlaşdırılmasına çağırıb. 

İclasda İraqın daxişi işlər nazirinin müavini general palkovnik Məhəmməd Bədr və İran İslam Respublikasının Bağdaddakı hərbi ataşşesi general Mustafa Muradian təhlükəsilzik koordinasiyası və zəvvarların hərəkətinin asanlaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə hesabat təqdim ediblər. 

İclasda İmam Hüseyn(ə) ərbəin ziyarəti ilə əlaqədar təhlükəsizlik layihələrinin araşdırılması və iraqlı və qeyri-iraqlı zəvvarların qarşılanması üçün son hazırlıqlar müzakirə edilib. 

Teqlər