Ümumdünya Ərzaq Proqramı: 12 milyon yəmənli qıtlıqla üz-üzədir
Okt 16, 2018 07:28 Asia/Baku
-
Ümumdünya Ərzaq Proqramı: 12 milyon yəmənli qıtlıqla üz-üzədir
Birləşmiş Millətlərə Təşkilatının Ümumdünya Ərzaq Proqramının Yəməndəki ofisinin rəhbəri dünən CNN telekanalına verdiyi müsahibədə bildirib ki, 12 milyon yəmənli Qıtlıq təhlükəsi ilə üz-üzədir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Stephan Anderson deyib: 18 milyon yəmənli də növbəti yeməyini necə təmin edəcəyini bilmir.
BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru da dünən BBC telekanalına müsahibəsində deyib ki, Yəmən müharibəsi ümumölkə qıtlığa gətirib çıxarmaqdadır.
Lis Qrandi deyib: Yəməndə müharibənin dayandırılmaması təqdirdə əsrin ən böyük qıtlığı baş verəcək.
Birləşmiş Millətlər Təşkilatı da bildirib ki, Yəmən dünyada ən kəskin ərzaq böhranı ilə üz-üzədir.