Əfqanıstanda Seçki Komissiyası jurnalistlərin təhlükəsizliyinin təmininə çağırıb
-
Əfqanıstanda Seçki Komissiyası jurnalistlərin təhlükəsizliyinin təmininə çağırıb
Əfqanıstan Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri təhlükəsizlik qurumlarını seçkilərin keçirildiyi gündə jurnalistlərin təhlükəsizliyini qorumağa çağırıb.
AVA xəbər agentliyinin verdiyi məlumata görə, Rəfiq Sediqi dünən Kabildə keçirilən mətbuat konfransında Əfqanıstan polisi və təhlükəsizlik qüvvələrini oktyabrın 20-də parlament seçkilərinin keçirildiyi gündə jurnalistlərin fiziki təhlükəsizliklərini təmin etməyə, jurnalistlər barədə məlumatların toxunulmazlığına diqqət yetirməyə çağırıb.
Sediqi deyib: Seçki günündə jurnalistlərlə məqsədyönlü rəftar müşahidə olunarsa, məsələyə qanun çərçivəsində münasibət göstəriləcək.
Əfqanıstanda parlament seçkiləri şiddətli təhlükəsizlik tədbirləri altında 50 min hərbçinin nəzarəti ilə gələn həftə şənbə günü keçiriləcək.
Səs vermək üçün 8 milyon 400 min nəfər qeydiyyatdan keçib. Seçkilər parlamentin 249 yeri üçün keçirilir. Seçkilərə 2 min 565 nəfərin namizədliyi qeydə alınıb.