Yəmənli qüvvələr təcavüzkarları hədəfə alıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325717-yəmənli_qüvvələr_təcavüzkarları_hədəfə_alıblar
Yəmənin Pilotsuz Uçan Aparat bölmələri və Artileriyası müştərək bir əməliyyatda qərb sahilində Əddorəyhəmidə təcavüzkar Səudiyyə koalissiyasının qərargahını hədəfə alaraq çoxlu sayda təcavüzkar qüvvəni öldürüb yaxud yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2018 13:25 Asia/Baku
  • Yəmənli qüvvələr təcavüzkarları hədəfə alıblar
    Yəmənli qüvvələr təcavüzkarları hədəfə alıblar

Yəmənin Pilotsuz Uçan Aparat bölmələri və Artileriyası müştərək bir əməliyyatda qərb sahilində Əddorəyhəmidə təcavüzkar Səudiyyə koalissiyasının qərargahını hədəfə alaraq çoxlu sayda təcavüzkar qüvvəni öldürüb yaxud yaralayıblar.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq komitələrinin mühəndislik bölmələri də Əttəhtiyanın qərbində Səudiyyə Koalissiyasına məxsus bir zirehli texnikanı partladaraq onun bütün sərnişinlərini məhv ediblər. 

Yəmən ordusu və xalq komitələri həmçinin Səudiyyə koalissiyasının Heysin qərbində irəliləyişinin qarşısını alıblar. 

Eyni zamanda Yəmən ordusu və xalq qüvvələrinin bu gün Səudiyyə təcavüzkarlarına qarşı qərb sahilindəki geniş əməliyyatı bir neçə təcavüzkar qüvvənin ölümü ilə nəticələnib.